top of page

«1C: Kompleks Avtomatlaşdırma» — müəssisədə idarəetmə və uçotun əsas vəzifələrini əhatə edən vahid informasiya sisteminin qurulması üçün proqramdır. Bu həll biznesin mühüm sahələrini avtomatlaşdırmağa imkan verir: mühasibat uçotu, ticarət, anbar, əməkhaqqı hesablanması və kadr uçotu.

Tətbiqi həll alətlərinin istifadəsi təşkilat daxilində bölmələrin, eləcə də xarici mühitlə (müştərilər, tədarükçülər, rəqiblər) əlaqələrinin daha səmərəli şəkildə qurulmasına imkan yaradır.

«1C: Kompleks Avtomatlaşdırma» proqramının təyinatı

Bu proqram kiçik və orta biznes sahəsində fəaliyyət göstərən ticarət müəssisələri, kiçik istehsal sahələri və xidmət göstərən şirkətlər üçün nəzərdə tutulmuşdur. «1C: Kompleks Avtomatlaşdırma» hazırda bir neçə fərqli proqramdan istifadə edən və ya mövcud informasiya sistemlərinin idarəetmə və uçot tələblərini ödəmək gücünün yetərli olmadığını hiss edən müəssisələr üçün ən uyğun seçimdir.

Biznes və qanunvericilik tələblərinin dəyişməsinə uyğun olaraq, bu məhsul yenidən qurula, funksionallığı daha geniş istifadə oluna və «1C: Müəssisə 8» platformasında digər tətbiqlərlə inteqrasiya edilə bilər.

КА.png

«1C: Kompleks Avtomatlaşdırma» proqramının tətbiq ssenariləri

Bu proqram məhsulu müəssisəyə öz cari vəziyyəti və planlarına uyğun olaraq tətbiq variantını seçməyə imkan yaradır.

  • Bir neçə proqram məhsulunun əvəz olunması
    «1C: Kompleks Avtomatlaşdırma» əvvəlki versiyalardan istifadə edən kompleks həllərin yenisi ilə əvəz olunması üçün nəzərdə tutulub. Müasir proqram təminatı iş proseslərinin avtomatlaşdırılmasını daha effektiv şəkildə həyata keçirməyə və onun optimal tətbiq siyasətini formalaşdırmağa kömək edəcəkdir.

  • Müəssisənin informasiya sisteminin mərhələli inkişafı
    Proqram müəssisənin informasiya sisteminin mərhələli inkişafını təmin edir — ilk növbədə ayrı-ayrı tətbiqlər və onların komplekslərindən istifadə etməklə əsas vəzifələri həll edir, daha sonra isə «1C: Kompleks Avtomatlaşdırma 2» bazasında vahid informasiya sisteminin yaradılmasına yönəlir.

  • Fərdi vəzifələrin avtomatlaşdırılması
    Məhsulun tərkibinə daxil olan «1C: Müəssisə 8» proqramları vasitəsilə əsas iş tapşırıqları avtomatlaşdırıla bilər. Bundan əlavə, müəssisəyə uyğun digər əlverişli tətbiq variantları da mövcuddur.

Ünvan

AZ1009, B. Səfəroğlu 133, SAT Plaza 5-ci, mərtəbə

Telefon

+994102130293

Email

Connect

  • Facebook
  • LinkedIn
  • Instagram
bottom of page